<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>471</hymn_number>
<title>Kim Rəbbi axtarsa, tapar İL471</title>
<lyrics>[V1]
 Kim Rəbbi axtarsa, tapar,
 Var hər kəsin Rəbdən payı,
 Rəbbin Ruhu qəlbə dolar,yaxşı yox Rəbdən savayı.

[C1]
   Sən kim idin, yadına sal, səni Rəbb haradan tapdı?
   Rəbbi sevib Rəbb ilə qal, geri qayıtmaq nahaqdır.

[V2]
 Rəbbin Sözü getməz hədər, hər kəlməsi bir xəzinə,
 İsadan gələn Xoş Xəbər qoy yazılsın qəlbinizə.

[V3]
 Rəbdə dəyiş və yeniləş, qoy yumşalsın o daş qəlbin,
 Həyatını Rəbbə həsr et, sevinclə dolsun ürəyin.</lyrics>
</song>